18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dibçəklərdə narkotik yetişdirən Şəki sakini saxlanıldı
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb.
Keçirilmiş tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qaydada qulluq edilərək yetişdirilmiş 4 ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulmuş gövdələri və 3 kq 246 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.
Aynurə Kərimova,
Emtv.az