SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı göstərişlər verdi - FOTO

18-04-2019, 11:31 | Oxunub: 8 812 |

DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı göstərişlər verdi - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədin­də Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Emtv.az xəbər verir ki,DSX-dən yerli mətbuata verilən məlumata görə, səfər çərçivəsində "Samur" dövlət sərhədindən bu­raxılış mən­­təqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliy­yə­­tə baxış keçirilib, Azərbaycan Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurla­rının sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra və­ziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məq­­­­­­­­sə­­dilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edil­ib, ölkə­yə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzə­rində sər­­həd nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və keçid müd­dət­­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxs­­lərinin məruzələri dinlənilib, müqabil əra­zidə baş verən texniki na­saz­lıq səbəbindən buraxılış rejimində ya­ranan sıxlıq halları ilə əlaqə­dar görülməli olan təd­birlər haqqında müvafiq göstərişlər verilib.

Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun işti­rakı ilə "Samur" dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbay­can Res­pub­­­likasının və Rusiya Federasiyasının hökumətləri arasında im­za­lanan sa­zişə uyğun olaraq "Samur" çayı üzərində yeni körpü­nün in­şa­sı ilə əla­qədar görülən işlərə baxış keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin əra­zisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçi­rilib, dövlət sərhədinin etibarlı mühafizəsinin tə­min edil­məsi, qanunsuz miqrasiya va qaçaqmalçılıq məq­səd­lərilə dövlət sər­hədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin güc­lən­dirilməsi üzrə tapşırıqlar verilib.
DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı göstərişlər verdi - FOTO
DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı göstərişlər verdi - FOTO
DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı göstərişlər verdi - FOTO
DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı göstərişlər verdi - FOTO
Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR