SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Narkomafiya Azərbaycandan əl çəkmir - Sərhədçilərdən narkotacirlərə zərbə

20-02-2019, 13:38 | Oxunub: 8 499 |

Narkomafiya Azərbaycandan əl çəkmir - Sərhədçilərdən narkotacirlərə zərbə

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra uğurlu əməliyyatlarlar keçirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.

Emtv.az Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzin-ə istinadən xəbər verir ki, 7 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr "heroin", 2763 manat və 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

18 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət aparan sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən sahildə kolluqların arasında gizlədilmiş halda 1 kq 85 qr "heroin" aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR