SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DÖVLƏT SƏRHƏDİNİ POZAN 48 NƏFƏR SAXLANILIB

18-01-2016, 11:00 | Oxunub: 8 485 |

DÖVLƏT SƏRHƏDİNİ POZAN 48 NƏFƏR SAXLANILIB
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasi­tə­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

"EMTV.az" xəbər verir ki, DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxla­nılıb. Onların 21 nəfəri Azərbaycan, 13 nəfəri Banqla­deş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res­pub­likasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycan Respublikasına gətirmək istəyərkən yaxalanıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR