SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Samur” sərhəd zastavası kompleksi istifadəyə verilib

19-12-2015, 15:45 | Oxunub: 10 590 |

 “Samur” sərhəd zastavası kompleksi istifadəyə verilib
Dekabrın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan “Samur” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

"EMTV.az" xəbər verir ki, yeni istifadəyə verilən sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl, Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin nümayəndələri, hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə bildirilib ki, “Samur” sərhəd zastavası kompleksində şəxsi heyətin yüksək səviyyəli xidməti və istirahəti üçün hər cür şərait yaradılıb. Buraya əsgərlər üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, kinozal, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, təlim meydançası, idman zalı və digər tikililər daxildir. Yeni sərhəd zastavası kompleksi “Azərsun Holdinq” tərəfindən qısa müddətdə yüksək keyfiyyətlə tikilib.

Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev mərasimdə çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsindən, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışıb. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasəti bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ölkəmizin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi prosesi müvəffəqiyyətlə həyata keçirilir. Müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi ilə sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılır.

Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın göstərişlərini icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu qeyd edib.

Tədbirdə sərhədçi-vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumxalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qaşılandığı xüsusi vurğulanıb.

Mərasimdə xidmət zamanı fərqlənən sərhədçilər mükafatlandırılıblar.

Açılış mərasimindən sonra tədbir iştirakçıları “Samur” sərhəd zastavası kompleksinə baxış keçirib, burada sərhədçilər üçün yaradılan yüksək səviyyəli xidməti şəraitlə yaxından tanış olublar.
 “Samur” sərhəd zastavası kompleksi istifadəyə verilib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR