SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Pakistanlı nazirdən açıqlama: "Azərbaycanla..."

18-04-2019, 09:52 | Oxunub: 12 603 |

Pakistanlı nazirdən açıqlama: "Azərbaycanla..."

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın federal təhsil və peşəkar təlim üzrə, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud ilə görüşüb.

Emtv.az bildirir ki, Azərbaycanın Pakistandakı səfirliyindən yerli mətbuata verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın bölüşdüyü ortaq dəyərlər, təlim-təhsil, eləcə də milli irs sahəsində əməkdaşlığı, beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək vurğulanıb, qarşılıqlı birgə layihələrin və səfərlərin artırılmasının önəmi qeyd edilib. Şəfqət Mahmud vaxtı ilə Azərbaycana etdiyi səfəri xatırladaraq ölkənin sürətlə irəliyə doğru addımlamasını vurğulayıb, Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın davam etdirilməsinin önəmli olduğunu bildirib.

Səfir Əli Əlizadə müasir Azərbaycanın artıq 30 ildən artıqdır ki, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf regionlarının işğal olunduğunu, lakin qarşılaşdığı bu təcavüz və çətinliklərə baxmayaraq bütün sahələr üzrə inkişaf etdiyini, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil yüksəldiyini, savadlılığın 99 faiz olduğunu diqqətə çatdırıb. Səfir Bakı Dövlət Universitetində urdu dilinin tədrisi, universitetlərarası əlaqələr, son iki ildə "Mən Azərbaycan haqqında nə bilirəm" esse yazı müsabiqəsi çərçivəsində Pakistan gəncləri üçün təşkil olunan Azərbaycana səyahət səfərlərinin gənclərdə yaratdığı təəssüratlar, Azərbaycanda təhsil alan Pakistanlı tələbələrin sayının artması, eyni zamanda Azərbaycandan da artıq tələbələrin Pakistan Universitetlərində təhsil almaqda maraqlı olması, tələbə və mütəxəssislərin ali təhsil və təlim müəssisələrində vaxtaşırı qarşılıqlı təcrubə kurslarına cəlb olunması haqda məlumat verib və Pakistanla əlaqələrdə bu sahədə səylərin daha da artırılacağını vurğulayıb.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR