SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“İşğalçı Ermənistanı bir dövlət kimi tanımırıq” – Pakistan XİN-in xüsusi katibi

4-07-2017, 06:59 | Oxunub: 8 788 |

“İşğalçı Ermənistanı bir dövlət kimi tanımırıq” – Pakistan XİN-in xüsusi katibi

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseyin ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən EMTV.az -a verilən məlumata görə, xüsusi katibi təyinatı münasibəti ilə təbrik edən səfir Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bir çox oxşarlıqlara və dəyərlərə malik hər iki ölkənin bir-birini daim dəstəklədiyini, Pakistanla bütün sahələrdə əlaqələrin inkişafının prioritet daşıdığını bildirib.

Səfir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, Ermənistanın Azərbaycana təcavüzünə qarşı Pakistanın sərgilədiyi ədalətli mövqeyini yüksək qiymətləndirib.


Seyid Abrar Hüseyin Azərbaycanla Pakistan kimi bir-birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlindiyini, bu dəstəyin tarixən davam etdiyini, Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu və bugünədək Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Pakistanın işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını bildirib.
Görüşdə, həmçinin iqtisadi və ticari əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin şəhər və regionları arasında münasibətlərin genişləndirilməsi perspektivləri, xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının artırılması və müəyyən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR