18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Səfir: "Pakistan Xocalı Soyqırımını tanıyan ilk ölkələrdəndir və..." - FOTO
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə dünyada və Pakistan ərazisi üzrə geniş yayımlan dövlət televiziya kanalı olan PTV kanalının "Diplomatic Enclave" proqramının qonağı olub.
Emtv.az Azərbaycanın Pakistandakı Səfirliyin-ə istinadən xəbər verir ki, aparıcının suallarının cavablandıran səfir Əli Əlizadə Azərbaycan diplomatiyasının bu il 100 illik yubileyini qeyd etdiyini bildirərək, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqilliyinin bərpasından sonra da daim dostluğa, əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan xarici siyasət yürütdüyünü, müstəqil, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasətin Azərbaycanın ətrafında xoşməramlı mühitin formalaşmasına səbəb olduğunu və işğalçı Ermənistan istisna olmaqla Azərbaycanın bütün dünya dövlətləri ilə möhkəm və sıx dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycanla Pakistan arasında bərqərar olmuş dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin bu siyasətin bir göstəricisi olduğunu, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi diqqət göstərdiyini, Azərbaycanın hər zaman Pakistanı bütün beynəlxalq və regional məsələlərdə dəstəklədiyini qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini bölüşən səfir Əli Əlizadə işğalçı Ermənistanın davam etdirdiyi təcavüzkar siyasət nəticəsində hələ də azərbaycanlıların erməni terroru və vəhşiliyindən əziyyət çəkdiyini, 26 fevral tarixində 27-ci ildönümü tamam olacaq, erməni işğalçılarının ən qəddarcasına törətdiyi Xocalı Soyqırımının bunun bariz nümunəsi olduğunu, bir gecədə qədim Xocalının yerlə-yeksan edildiyini bildirib. Səfir Pakistanın Xocalı Soyqırımını tanıyan ilk ölkələrdən olmasının və qəbul etdiyi qətnamələrin ədalətin bərpası yönündə atdığı humanist addım olduğunu və Pakistanın Azərbaycana dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb.
Azərbaycanın idaəetmə quruluşu, mədəniyyəti, elmi, səhiyyə sistemi, iqtisadiyyatı haqqında da aparıcının suallarını cavablandıran Əli Əlizadə Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə baxmayaraq, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, həyata keçirilən islahatlar nəticəsində, sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait hesabına Azərbaycanın sürətlə inkişaf etdiyini, Azərbaycanın iqtisadiyyatının neftdən asılılığını minimuma endirməyi bacardığını və qeyri-neft sektorunda iqtisadi artım tempini təmin etdiyini ifadə edib.
Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu qeyd edən səfir bu sahədə potensial və imkanlar haqqında məlumat verib, qarşılıqlı investisiya üçün imkanların olduğunu, iki ölkə arasında birbaşa hava reyslərinin açılacağı təqdirdə gediş-gəlişin daha da sürətlə yüksələcəyini, son 2 ildə bu artımın 10 dəfədən artıq olduğunu və daha da artacağını söyləyib.
Humanitar və sosial sahədə də əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən işlərin yüksək qiymətləndirildiyini, bu işlər nəticəsində Mehriban xanımın Pakistanın ən yüksək mükafatı ilə təltif olunduğunu bildirən proqramın aparıcısının fikirlərini təsdiqləyərək bu işlərin davam etdiyini bildirib.
Səfir Əli Əlizadə həmçinin aparıcının suallarına cavab olaraq Əfqanıstanda sülh və sabitliyinin bərpası prosesində Azərbaycanının göstərdiyi səylər və verdiyi töhfə, Pakistanın terror və ekstremizmlə mübarizə sahəsində fəaliyyəti və verdiyi qurbanlar, Kəşmir məsələsində Azərbaycanın mövqeyi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Nəzrin Abbaszadə
Emtv.az