SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Qətərlə Azərbaycan arasında diplomatik əlaqələr genişlənir

10-09-2018, 11:02 | Oxunub: 8 499 |

Qətərlə Azərbaycan arasında diplomatik əlaqələr genişlənir

Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Xarici İşlər Nazirliyində görüş keçirib. 9 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Xalid İbrahim Əl-Humur ilə görüşüb.

Emtv.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışılaraq, hər iki tərəfin bu əlaqələrin daha da inkişafına maraq göstərdiyi diqqətə çatdırılıb.

Azərbaycan və Qətər dövlət başçıları arasındakı şəxsi dostluq münasibətlərinin və son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Azərbaycan-Qətər hökumətlərarası birgə iqtisadi komissiyasının 2017-ci ilin yanvarında Bakıda keçirilmiş ilk toplantısının nəticələrinin ikitərəfli əlaqələrin inkişafındakı roluna toxunularaq, hökumətlərarası komissiyanın ikinci toplantısının 2019-cu ildə keçirilməsi istiqamətdə hazırlıqlara başlanılmasına dair razılıq əldə olunub.

Səfir iki ölkə arasında Qətər Hava Yolları tərəfindən həftədə 14 birbaşa hava reysinin həyata keçirildiyini qeyd edərək, bunun iki ölkə arasında əməkdaşlığın, xüsusilə turizm əlaqələrinin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb. Gələcəkdə ölkələr arasında birbaşa karqo reyslərinin təşkilinin qarşılıqlı iqtisadi əməkdaşlığın və ticarət dövriyyəsinin artmasına geniş imkan yaradacağını vurğulayıb.

Səfir ölkəmizdəki mövcud əlverişli investisiya mühiti haqqında, son illər ərzində ölkəmizdə aparılmış yenidənqurma işləri və inkişaf prosesi barədə ətraflı məlumat verərək, Qətərli iş adamlarının ölkəmizdə fəaliyyəti üçün bütün imkanların mövcud olduğunu bildirib.

Qətər XİN rəsmisi, öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini birldirərək, son dövr ərzində Qətər vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edərək, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR