18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Aİ enerji səmərəliliyi üzrə layihədə iştirakı üçün Azərbaycana milyonlarla dollar ayırmağı planlaşdırır
"Avropa İttifaqı (Aİ) Azərbaycanın Enerji səmərəliliyi və ekologiya üzrə Şərqi Avropa tərəfdaşlığı proqramına (E5P Fondu) qoşulacağı təqdirdə ölkəyə 5 milyondan 10 milyon dollaradək vəsait ayıra bilər".
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata Aİ qonşuluq siyasət üzrə baş direktorluğunun Şərq tərəfdaşlığı ölkələrində qarşılıqlı fəaliyyət üzrə sektor rəhbəri Maykl Rupp deyib.
O bildirib ki, E5P Fondu iri regional proqramdır:
"Avropa Yenidənqurma və İnkişaf Bankının idarə etdiyi bu layihəyə Azərbaycan istisna olmaqla Şərq tərəfdaşlığının 5 ölkəsi daxildir. Hələlik danışıqlar aparılır. Biz Azərbaycan hökumətindən konkret təkliflər gözləyirik və zərurət olacağı təqdirdə yardım göstərməyə hazırıq".
M.Rupp qeyd edib ki, Azərbaycana əməkdaşlığın təklif edildiyi əsas istiqamətlər arasında binaların günəş enerjisi ilə təmin olunması enerjiyə qənaət etməyə imkan verəcək.
Qeyd edək ki, E5P Fondu Şərq tərəfdaşlığı ölkələrində enerji səmərəlili proqramlarına kömək göstərən və müxtəlif donorların iştirak etdiyi bir fonddur.
Aysu Əliyeva
Emtv.az