17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın da iştirak etdiyi tədbirdən əvvəl: Rusiya “düşmən” adlandırıldı
"Avropa Rusiyanı və digər düşmən ölkələri diqqətlə izləməlidir".
Emtv.az xəbər verir ki, bu fikri Böyük Britaniya baş naziri Tereza Mey səsləndirib.
Mey bildirib ki, Rusiya Şərq regionunun inkişafı üçün təhlükədir və eyni zamanda "Şərq tərəfdaşlığı" kollektiv səylərini məhv etməyə çalışır.
Bu gün keçirilən və Azərbaycanın da təmsil olunduğu "Şərq tərəfdaşlığı" sammiti öncəsi səsləndirdiyi bu fikirlərlə gündəmə gələn Tereza Mey bildirib ki, Rusiyaya qarşı müqavimətə və dezinformasiya ilə mübarizəyə rəsmi London 100 milyon funt xərcləyir.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə "NATO-da Moskanın kiməsə hücum etmək planının olmamasından yaxşı xəbərdardırlar. Ancaq buna baxmayaraq, Rusiya ilə sərhədə daha çox texnika və hərbçi toplayırlar" ,-deyə vurğulamışdı.
Tereza Meyin budəfəki çıxışının bu sözlərə cavab olduğu deyilir.
Cebhe.info xatırladır ki, "Şərq tərəfdaşlığı" Avropa Birliyinin siyasi təşəbbüsüdür və birliyi Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə yaxınlaşmasını nəzərdə tutur.
Emtv.az