18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanla bağlı qətnamə qəbul etdi - Avropa Parlamenti
Avropa Parlamenti Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib.
Avropa Parlamentinin rəsmi saytının verdiyi xəbərə görə, sənəddə qeyd edilir ki, Aİ və Azərbaycan arasında imzalanacaq yeni tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün konkret faydalar vəd edir. Bildirilir ki, 2019-cu ildə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı” sammitinə qədər yeni sazişin imzalanması üçün danışıqlarda sürətli və davamlı irəliləyiş müşahidə olunur.
Sənəddə Azərbaycan və Aİ arasında daha ədalətli, daha şəffaf və rəqabət amilinə söykənən ticarət və investisiya mühitinin yaradılmasının əhəmiyyəti vurğulanır, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək ifadə edilir.
Qeyd olunur ki, Azərbaycan və Aİ arasında strateji enerji əməkdaşlığına əsaslanaraq enerji əməkdaşlığının inkişafı, Azərbaycanın enerji sektorunun diversifikasiyası, qeyri-karbon enerji mənbələrinin təşviqi və Cənub Qaz Dəhlizinin tamamlanmasına dəstək göstərilməlidir. Aİ və Azərbaycan arasında təhsil, səhiyyə, nəqliyyat, rabitə, turizm kimi qeyri-enerji sahələrində də əlaqələri genişləndirmək üçün yeni yollar tapmağın əhəmiyyəti vurğulanır.
Sənəddə Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün yeni iş yerlərinin yaradılmasına, sənaye və xidmət sektorlarını müasirləşdirməyə, biznes və araşdırma sahələrində davamlı inkişafı təmin etməyə dair çağırış əksini tapıb.
Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının səylərinə dəstək verilməsinə çağırış da edilib.
Emtv.az