17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Problemli krediti ödəyən zaminlər OXUSUN - QƏRARDA BOŞLUQLAR
Problemli kreditlərin həllinə dair bəzi məsələlər hələ də sual altında qalır.
Emtv.az xəbər verir ki, problemli kreditlərin həlli problem olaraq qalır. Belə ki, qanuna görə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) kompensasiyanı (pulu) krediti götürən şəxsə verəcək.
O zaman sual olunur ki, krediti götürən şəxs krediti ödəməkdən imtina edibsə və bank sözügedən krediti zamindən alıbsa, o zaman necə olacaq?
Krediti götürən deyil, zamin ödəyibsə, o zaman kompensasiyanın kimə ödəniləcəyi qaydalara əsasən, fərdi şəkildə müəyyən olunacaqdı. Məsələn, hər hansı vətəndaşın 10 min dollar kredit borcu olub və həmin borcu ödəməkdən imtina edib. Belə olan halda məhkəmə qərarı ilə borc zaminin əmək haqqından tutulub. Bu zaman zamin müraciət edib fərdi qaydada məsələyə baxılmasına nail olmalı idi.
Bəs indi nə baş verir?
Qaynar xəttə gündə onlarla problemli kreditdən əziyyət çəkən insanlar müraciət edir. Təbii ki, bunların arasında zaminlər də var. Müraciətlərdən birində deyilir:
"Mən 2014 -cu ildə bankların birində 14 min dollara zamin durmuşam. Krediti götürən şəxs devalvasiya olana qədər borclu olduğu məbləği bankın tətbiq etdiyi annuitet qaydada ödəyib. Devalvasiyadan sonra banka olan borcunu ödəmədiyi üçün 2018-ci ildə məhkəmə avtomobilimə əl qoydu. Mənə isə dedilər ki, 10 min dollar ver krediti bağlayaq. Məhkəmə yolu ilə avtomobilimə əl qoyan bank isə hazırda kompensasiyaların yalnız krediti götürən şəxslərə şamil olunduğunu deyir. Palatanın düzgün qərar vermədiyinə və verdikləri qərarın problemli krediti olan hər kəsi əhatə etmədiyinə inanıram".
Bununla bağlı banklara yönləndiriyimiz oxucular eyni cavabı alırlar: Kompensasiya yalnız kredit götürən şəxslərə verilir. Amma biz sizin müraciətinizi Palataya göndərib oradan cavab gözləməliyik.
Daha sonra kommersant.az onu da qeyd edib ki,palata problemli kreditləri ödəyən zaminlərlə bağlı da qərar verəcək və bu qərar fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verilən qərar kimi tələsik və səhvlərlə dolu olmayacaq.
Sevinc Əlimova
Emtv.az