18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
10 MİN DOLLAR KREDİTİ OLANLARLA BAĞLI QƏRAR VERİLƏCƏK
İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, kommersiya bankları və ekspertlərlə birlikdə dolların məzənnəsinin bahalaşmasından doğan problemlərin həllinə yönəlik müzakirələr aparılıb.
"EMTV.az" xəbər verir ki, Mərkəzi Bankdakı verilən məlumata görə, yanvar ayının 20-dən sonra birgə qəbul edilmiş yeni qərarların icrasına başlanılacaq.
İlk olaraq dollarla olan kreditlərlə bağlı yaranmış problemin həlli gözlənilir. Belə ki, yaranmış iqtisadi çətinlik şəraitində onsuz da borcunu ödəmək iqtidarında olmayan insanların vəziyyəti nəzərə alınaraq 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni, 1 dollar=1 manat 5 qəpiklə ödənişinə qərar veriləcək.
Həmçinin, şərtlər dəqiqləşdirildikdən sonra ipoteka kreditlərinin verilməsi bərpa olunacaq. Qeyd edək ki, ipoteka krediti üçün ayrılan vəsaitin 50 min manatdan 100 min manatadək artırılması da nəzərdə tutulub.