18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Diqlas”da 86 sahibkarın malı artıq çıxarılıb - Aktlaşdırılır, zərər dəymiş mallar isə...
Yanğın baş verən "Diqlas" ticarət mərkəzindən 86 sahibkarın malları artıq çıxarılıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Hadisə yerində olan S.Məmmədov bildirib ki, artıq 3 gündür köç prosesi başlayıb:
"Bildiyiniz kimi, yanğın hadisəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü. Hazırda mallar ticarət mərkəzindən çıxarılır. İndiyə qədər 86 sahibkarın malları çıxarılıb. Hər bir çıxan mal aktlaşdırılır, yararlı mallar akt əsasında sahibkara təqdim olunur, zərər dəymiş mallar isə xüsusi ayrılmış anbara göndərilərək qiyməti dəqiqləşdirilir".
Nazir müavininin sözlərinə görə, malların daşınması üçün bütün qüvvələr səfərbər olunub: "Sahibkarlara nəqliyyat vasitələri ayrılıb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar ki, mallar tez bir zamanda buradan köçürülsün".
Ticarət mərkəzinin söküntüsü ilə bağlı qərar isə yaxın vaxtda ictimaiyyətə açıqlanacaq.
Seymur Rəhimov
Emtv.az