17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Anar Məmmədov ticarət mərkəzini satdı – Bütün brend mallar 90 faiz endirimdədir
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb.
Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib. Ticarət mərkəzində çalışanlardan verilən məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır.
Aldığımız məlumatda deyilir ki, ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər: “Anar Məmmədovun özünü görmədik amma, nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın bütün mağazaların borcları sıfırlanacaq. Açığı, buna çox sevindik”.
Məlumatı verən satıcı deyir ki, “Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb: “Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq da..”.
Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki “Outlet park” 2011-ci ildə fəaliyyətə başlayıb. O, vaxt ölkə mətbuatı yazdı ki, yeni ticarət mərkəzi nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Nazir isə bu faktı nə təsdiq, nə də ki, təkzib etdi.
Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən “Zara”, “H&M”, “Pull&bear”, “Bershka”, “Stradivarius”, “Adidas”, “Nike”, “Reebok”, “Puma” və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə müştərilərə təqdim olunur.
Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan “outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə edə etmək olur.
Emtv.az