18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"“Diqlas”dakı yanmamış anbarların açılmasına başlanılıb" - Nazir
Diqlas" Ticarət Mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayev deyib ki, bu prosesə dünəndən etibarən başlanıldı: "Təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı. Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər. Yararlı olan malları götürüb yeni mağazalara aparırlar".
Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.
Nəzrin Abbaszadə
Emtv.az