18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Həmin söyüşü eşitməmişəm, etika xətrinə gülürdüm” - Anar
"Space" TV-nin "Hər səhər" verilişində yaşanan biabırçı hadisədən sonra verilişin yaradıcı heyəti töhmət aldı. Verilişin aparıcısı Anar Vaqifoğlu televiziyada aparıcısı olduğu bütün verilişlərdən uzaqlaşdırılıb.
Emtv.az xəbər verir ki, məsələ ilə bağlı yerli mətbuata açıqlama verən Anar Vaqifoğlu həmin söyüşü eşitmədiyini deyib:
""Space" telekanalındakı bütün verilişlərdən uzaqlaşdırılmışam. Amma radiodakı fəaliyyətim davam edir. Həmin söyüş işlədiləndə eşitməmişəm. Qulağımda rejissorları eşitmək üçün qulaqlıq var idi. Sadəcə, etika xatirinə gülmüşəm. Bu, o demək deyil ki, onlar mənim üzümə söyüblər və mən də gülüşlə qarşılamışam. İlk başda mövzunun mahiyyətini anlamadım. Olanlardan hamı kimi sonradan xəbər tutdum".
Anar telekanalın cərimə olunmasına da münasibət bildirib:
"O ifadəni işlədən adam da bilir ki, efirdə belə söz işlətmək olmaz. Sadəcə, səsin eşidiləcəyini düşünməyib. Bilirsiniz, hamı söyüş bilir və söyür. Sadəcə, bu dəfə yerində işlənməyib. Yalnız onu deyə bilərəm ki, mən də daxil olmaqla, bu məsələyə aidiyyəti olan şəxslərin hamısı töhmət alıb".
Sevinc Əlimova
Emtv.az