18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Söyüş qalmaqalı ilə bağlı "Space"dən AÇIQLAMA
Müğənni Rüfət Axundov efirdə mahnı ifa edərkən qeyri-etik ifadələr işlədib. Bununla əlaqədar, Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, baş verənlərlə bağlı "Space" Müstəqil Televiziya və Radio Şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün yenicag.az-a açıqlama verib:
"Nəzərinizə çatdıraq ki, 4 aprel 2019-cu il tarixində "Space" TV-də yayımlanan "Hər səhər" verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasov qonaq qismində iştirak edən zaman efir mədəniyyətinə zidd olaraq əxlaqdan kənar ifadələrə yol veriblər. Belə ki, qonaqlar tanınmış mahnını ifa edən zaman gözlənilmədən, canlı yayımın imkanlarından sui-istifadə edərək məhz mahnının səsləndirildiyi zaman efir əxlaqına xas olmayan sözlər işlədiblər.
Adıçəkilən hər iki müğənninin "Space" TV-yə hər hansı bağlılığı olmadığından, yalnız qonaq qismində iştirak etdiklərindən onlara qarşı bizim hansısa hüquqi addım atmağımız mümkün deyil. Buna baxmayaraq, "Space" TV olaraq efir əxlaqına uyğun olmayan sözlər işlədən müğənniləri kəskin qınamaqla yanaşı, verilişin yaradıcı və texniki heyəti ilə də əlaqədar ciddi təxirəsalınmaz tədbirlər gördük. Bütün bunları nəzərə alaraq, bir daha bəyan edirik ki, efirə dəvət olunmuş bu qonaqların belə xoşagəlməz hərəkətlərinə görə "Space" TV olaraq hiddətlənir və təəssüf edirik".
Nəzrin Abbaszadə
Emtv.az