18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Anarla Elza söz davasına çıxdı - verilişdə gərgin anlar
Əməkdar artist Elza Seyidcahan küsülü olduğu stilist Anar Ağakişiyevlə eyni verilişdə olub.
“Hər şey daxil”in qonağı olan tanınmışlar bir-birləri ilə danışmayıblar. E.Seyidcahan Anardan küsülü olmadığını desə də, onunla kəlmə belə kəsməyib:
“Mənim geyimlərimi müzakirə etməyə artıq ehtiyac yoxdur. Bir neçə sənətkar var ki, onların geyimləri müzakirə edilmir, təkrarlanır. Mən küsülü olsaydım, bu verilişə gəlməzdim”.
A.Ağakişiyev isə azərbaycanlı şou-biznes nümayəndələrinin düz sözü eşitmək istəməməsindən gileylənib:
“Bu yalnız bizim şou-biznesdədir ki, kiminləsə dostsansa, onun xətrinə dəyməməlisən, haqqında söz deməməlisən. Heç kimin mahnısını müzakirə etmirəm. Sadəcə, geyimindən danışıram. Dünyanın dəb kriteriyalarında nə tələb olunursa, onu da deyirəm”.
Verilişin sonuna yaxın isə Elza ilə Anarın sözü çəp gəlib. Belə ki, stilist üstüörtülü şəkildə E.Seyidcahanın imicinə söz atıb.
Elzanın cavabı isə özünü gecikdirməyib:
“Müğənnilər üçün sərhəd yoxdur. Cinsinə, geninə və tərbiyəsinə xələl gətirməyən müğənnilər elə ən zövqlü müğənnilərdir. Allah bizi necə yaradıbsa eləyik, şəxsiyyətimizlə dəb yaratmırıq”.
Anar isə “Mən ailə tərbiyəsi, efir tərbiyəsi almış insanam. Aqressiya göstərmirəm. Adam gərək öz gözündəki tiri görsün, sonra başqasında çöp axtarsın” deyib.
Emtv.az