18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kəmaləddin Heydərov Rusiya səfiri ilə görüşüb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.
Emtv.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, görüşdə K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən danışıb.
Nazir bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən Rusiya Federasiyasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, bu əməkdaşlıq çərçivəsində FHN-in Akademiyasının maddi-texniki bazasının gücləndirilməsi, birgə təlimlərin və treninqlərin keçirilməsi ilə bağlı görülmüş işlərdən razılığını ifadə edib və bu əlaqələrin gələcək inkişafının zəruriliyini bildirib.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov səmimi qəbula görə təşəkkürünü bildirərək hər iki ölkənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Aynurə Kərimli
Emtv.az