18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lalədən keçmiş ərinin ittihamlarına reaksiya
Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, əməkdaşımız müğənni ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı münasibət öyrənməyə çalışıb.
Hazırda Amerikada olduğunu söyləyən Məmmədova danışmaq istəməyib. O, keçmiş ərinin ittihamlarına "Bu haqda danışmaq istəmirəm" sözləri ilə reaksiya verib.
Qeyd edək ki, İ.Qafarov yerli mətbuata gərgin vəziyyətdə olduğunu və özünə qəsd etməyə hazır olduğunu bildirib.
"Uzun müddətdir ki, susurdum. Bizim nikahımız beş il öncə pozulub. Hazırda başqası ilə evliyəm və bir övladım var. İstəmirəm ki, oğlum atasız qalsın. Keçmiş həyat yoldaşım Lalə Məmmədova məni hədələyir, aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib. Ona görə də, xeyli müddət pulsuz qaldım, alimenti ödəyə bilmədim" deyə, İlham bildirib.
O iddia edib ki, Məmmədova ondan polisə şikayət edib:
"O, 2015-ci ildə polisə şikayət verib dedi ki, guya onu öldürmək istəmişəm. Lakin mən sübut etdim ki, bu, əsassız ittihamdır. Məni sərbəst buraxdılar. İmkansızlıq olduğundan üç min manat borc yığılmışdı. Ödəyə bilmədiyim üçün bunun əvəzində isə mənim avtomobilimi müsadirə etdilər. 57 yaşındayam, daimi işim yoxdur. Tərcüməçiliklə məşğulam. Rusiyadan gələn turistləri müşayiət edirəm. Bu iş isə həmişə olmur.
Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:
"Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə qalib gəlib. Mənim sağlamlığımda problem var. Ürəyim xəstədir. Lalənin üç rəsmi iş yeri var, toylara isə 8 min manata gedir. Amma bu, ona bəs etmir".
Qafarov bildirib ki, sənətçi ona uşaqları ilə görüşməyə icazə vermir:
"O, uşaqlarımı mənə qarşı "doldurub". Kiçik qızımı cəmi üç dəfə görmüşəm. Böyüyü ilə isə ən son iki il öncə görüşmüşəm. Onlar mənə nifrət edirlər. Biz boşanandan sonra hər şey yaxşı idi. Bütün bunlar mən evlənəndən sonra başladı. Lalə bunu etməklə, məndən qisas alır".
O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu da qeyd edib:
"Hazırda mən valideynlərimin evində yaşayıram. Xətai rayonunda 43 min dollara aldığım evi anasının adı rəsmiləşdirib. Onun ikinci evi isə Nizami rayonundadır. Lalə məni ümidsizliyə düçar edir. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Borcumu dərhal ödəmək gücündə deyiləm. Ödəməkdən imtina etmirəm, borcumu qismən ödəməyə hazıram".
Məmmədova və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinarə adlı iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.
Məsələ ilə bağlı Lalə Məmmədova ilə əlaqə saxlamaq istəsək də, o, hazırda Amerikada olduğundan zənglərimizə cavab verə bilməyib.
Seymur Rəhimov
Emtv.az