SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Elə bilməyin ki, mənim dilim yoxdur" - Lalə əsəbiləşdi

5-06-2017, 11:51 | Oxunub: 10 223 |

"Elə bilməyin ki, mənim dilim yoxdur" - Lalə əsəbiləşdi
Əməkdar artist Lalə Məmmədova şou-biznesdə açıq-saçıq geyinənləri tənqid edib.

Emtv.az-ın məlumatına görə, sənətçi “ATV Maqazin 10larla”ya müsahibəsində belə geyinənlərə ultimatum göndərib:

“Müğənniliyə aidiyyatı olmayanlar modeldirsə, buyurub getsin bədənini nümayiş etdirsin, onun işi odur. Söhbət sənət adamından gedirsə, onun ilk öncə sənəti olmalıdır, geyim sonra gəlir. Əgər mən mahnı oxuyuramsa və bunun müqabilində pul qazanıramsa, mən artıq şou-biznesdəyəm. Sənətçi sənətiylə sözünü deyirsə, onun paltarındakı açıq-saçıqlıq mənim gözümə görünməyəcək”.

L.Məmmədova daha sonra onun qeybətini edənlərə də ismarış göndərib:

“Bir yerdə çörək kəsə bilirsiniz, amma sözü deyəndə gedib arxada danışırsınız. Sözün varsa, deyib-güldüyün adi vaxtlarda çək qırağa, sözünü de. Kiməsə sözüm varsa, onun üzünə deyəcəyəm. Kamera qarşısında deməyi sevmirəm. Şou-biznesin hər hansı qalmqalından məni uzaq görürsünüzsə, o demək deyil ki, mənim dilim yoxdur. Mən Laləyəm. Siz kimisə yenidən tərbiyələndirə bilərsiniz? Yox, o dünyaya elə gəlib, elə tərbiyə alıb. Ona ən gözəl dərsi həyat keçə bilər. Həyatımızda elə insanlar var ki, onu artıq mənfi-müsbətləri ilə, olduğu kimi qəbul eləmişəm. Bilirəm ki, bu insandan artıq heç nə gözləmək lazım deyil. Onda yaşamaq rahat olur”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR