18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm" - Lalə Məmmədovanın keçmiş əri
Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.
Emtv.az xəbər verir ki, o, yerli mətbuata gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyə hazır olduğunu bildirib.
"Uzun müddətdir ki, keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib", - İlham Qafarov bildirib.
Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:
"Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə ona yaşıl işıqdır".
O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu da qeyd edib:
"Lalə Məmmədova məni ümidsizliyə salır. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Borcumu dərhal ödəməyə hazır deyiləm. Ödəməkdən imtina etmirəm, borcumu qismən ödəməyə hazıram", - Qafarov bildirib.
Qeyd edək ki, Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara adlı iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.
Məsələ ilə bağlı Lalə Məmmədova ilə əlaqə saxlamaq istəsək də, o, hazırda Amerikada olduğundan zənglərimizə cavab verə bilməyib.
Aysu Əliyeva
Emtv.az