18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Futbolda 8 qayda dəyişdi
Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) futbol qaydalarından 8-nin dəyişdiyi haqqında məlumat yayıb.
Emtv.az xəbər verir ki, dəyişilən qaydalar 1 iyun tarixindən etibarən qüvvəyə minəcək.
Yeni qaydalar bunlardır :
1. Meydanı tərk edən oyunçu hakim əksini söyləmədiyi müddətcə ona ən yaxın yerdən çıxmalıdır.
2. Futbolçuların formaların içinə geyindikləri köynək formaların ucu ilə eyni rəngdə olduğu müddətcə rəngli və naxışlı ola bilər.
3. Hakim oyun təkrar başladıqdan sonra qərar dəyişdirə bilməz. Lakin bəlli vəziyyətlərdə əvvəlki epizod üçün sarı və ya qırmızı kart göstərə bilər. Hakim epizodu "VAR"da incələmək üçün monitorun başına keçərkən oyunçuları sahəyə geri çağırırsa, qərar hələ də dəyişdirilə, qırmızı və ya sarı kart göstərilə bilər. Texniki heyətdən kimsə qaydaları pozarsa, sarı və ya qırmızı kart ala bilər.
4. Hakim atışı zamanı futbolçular ən azı 4 metr hakimdən aralı olmalıdırlar.
5. Hər hansı bir obyektə təpik atmaq və ya tullamaq eyni şəkildə cəza ilə nəticələnə bilər. Sayılmayan qol əsnasında futbolçu qaydalara zidd şəkildə qol sevinci edərsə və buna görə cəzalandırılarsa, qol ləğv edilsə belə, cəzası qüvvədə qalacaq.
6. Qapıçı topu oyuna daxil etdikdən sonra oyunçu topu cərimə meydançası xaricində qəbul etmək məcburiyyətində deyil. Topun cərimə meydançasını tərk etməsi gərəkli deyil.
7. Penalti vuruşu zamanı qapıçının ayağı qapı xəttinin gerisində ola bilməz. Bir addım öndə və ya xəttin üstündə olmalıdır.
8. Futbolçu yan xətdən topu oyuna daxil edərkən rəqib ondan ən azı 2 metr uzaqda olmalıdır.
Aysu Əliyeva
Emtv.az