20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
"Real" İspaniya kubokunda kənarlaşdırıla bilər
"Real" (Madrid) klubu İspaniya kubokundan kənarlaşdırıla bilər.
"EMTV.az" Qol.Az-ın məlumatına istinadən xəbər verir ki, buna "Real"ın futbolçusu Denis Çerışevin "Kadiz"lə kubok görüşündə meydana çıxması səbəb olub.
Ötən mövsüm "Vilyareal"da icarə əsasında oynayan rusiyalı futbolçu "Real Sosyedad", "Hetafe" və "Barselona" ilə görüşlərdə sarı vərəqə ilə cəzalandırılıb.
Ardıcıl üç matçda sarı vərəqə ilə cəzalandırılan Çerışev İspaniya kubokunun 1/16 final mərhələsinin bu gün "Kadiz"lə baş tutan ilk oyununu buraxmalı idi. Lakin start heyətində meydana çıxan 24 yaşlı futbolçu 3-cü dəqiqədə qol da vurub. Oyun isə "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İspaniya Futbol Federasiyasının bu qayda pozuntusuna görə "Real"ı kubokdan kənarlaşdıracağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm "Osasuna" klubu da eyni səbəbdən kubokdan kənarlaşdırılıb.