SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azad Rəhimov: “Qarabağ” hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək”

19-10-2017, 16:07 | Oxunub: 8 020 |

Azad Rəhimov: “Qarabağ” hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək”

“Sözsüz ki, “Qarabağ” bizə çox gözəl anlar bəxş etdi. Dostlar, həmkarlar arasında oyunla bağlı müəyyən proqnozlar səsləndirilmişdi. Lakin bu cür hesabı heç kim gözləmirdi. “Qarabağ”ın futbolçularının peşəkarlıq və oyun səviyyələrinin get-gedə necə artdığını görürük. Onların timsalında tam ayrı, Avropa səviyyəli komandanın oyununu gördük. Bunlar bizi sevindirir”.

Emtv.az xəbər verir ki, bunu “Report”a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın İspaniya “Atletiko”su ilə 0:0 hesablı heç-heçə etdiyi görüş barədə danışarkən deyib. Heç-heçəyə sevinməyin gərəkliyini vurğulayan nazir fransalı referi Ruddi Bukenin “Qarabağ”ın hücumçusu Dino Ndlovuya ikinci sarı vərəqəni göstərərək, meydandan kənarlaşdırdığı epizoda da münasibət bildirib:

“Məsələyə tam obyektiv yanaşıram: “Qarabağ”ın futbolçusuna qırmızı vərəqənin göstərilməsi düzgün qərar deyildi. Rəqib futbolçu tərəfindən ayağa zərbə həqiqətən də var idi. Bunu videotəkrara baxdıqda dəfələrlə gördük”.

A.Rəhimovun fikrincə, “Qarabağ” rəhbərliyi bu epizodla bağlı UEFA-ya şikayət edəcək. Lakin o, lazımi nəticənin əldə olunacağına inanmadığını söyləyib: “Sözsüz ki, protest veriləcək, amma nəticəsi maksimum nə ola bilər? Həmin referi 1-2 beynəlxalq oyundan kənarlaşdırıla bilər.

Mümkündür ki, hakimlər hər bir oyunda səhvə yol versinlər. Lakin futbolda hakim səhvləri ilə əlaqədar bundan başqa tədbir növü müəyyənləşdirilməyib. Ona görə də tək futbolda deyil, digər idman növlərində də hakimlərin işinə toxunmamalı, onları düşünməməliyik. Özümüzü elə göstərməli, elə oynamalıyıq ki, hakim heç bir təsir göstərməsin. Hər bir oyunda və yarışda rəqibdən iki baş güclü olmalıyıq. Hakim səhvləri biz, AFFA və klub rəhbərliyinə heç bir təsir edə bilməz. Etiraz mütləq olacaq, amma nəticəsinə inanmıram”.

Nazir “Qarabağ”ın futbolçusunun meydandan kənarlaşdırılmasında siyasi addım görmədiyini də əlavə edib: “Bu, siyasətdən tam uzaq haldır, ola da bilməz. Deyə bilərsiniz ki, hakim Fransadan, “Atletiko” İspaniyadandır. Yəni, hər iki ölkə Qərbi Avropada yerləşir. Amma səhvlər də olur. “Qarabağ”ın 3 il əvvəl İtaliya “İnter”i ilə keçirdiyi oyundan sonra çexiyalı referi oteldə “Mən niyə belə səhv buraxdım? Sanki gözümün qabağına qaranlıq çökmüşdü” deyə ağlayırdı. Belə hallar da mümkündür”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” – “Atletiko” matçının 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin fransalı baş hakim Ruddi Buke epizodu simulyasiya kimi dəyərləndirib və Ndlovuya oyun ərzində ikinci sarı vərəqə göstərərək, meydan sahiblərini azlıqda qoyub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR