SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Aprel döyüşlərinin iştirakçısı: "Yaralı idim, ancaq düşməni məhv etdim - FOTO"

2-04-2019, 16:16 | Oxunub: 12 124 |

Aprel döyüşlərinin iştirakçısı: "Yaralı idim, ancaq düşməni məhv etdim - FOTO"

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 3 il ötür.

Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi.

Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

Emtv.az yerli mətbuata xəbər verir ki, Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan əsgəri 1992-cil təvəllüdlü Emin Məhərrəmli xatirələrini Trend-ə bölüşüb.

Hərbçi deyir ki, aprel ayının 2-si gecə saatlarında həyəcan siqnalı ilə piyadaların döyüş maşınında (PDM) Lələtəpə istiqamətinə yola düşüblər:

"O vaxt polkovnik (indiki general-mayor) Mais Bərxudarov minaya düşən PDM-in qapısını açaraq məni və əsgər yoldaşlarımı texnikadan düşürərək özü ilə döyüşə apardı. Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Lələtəpəyə çatdıqda ətrafımız geri çəkilən erməni əsgərlərinin silah-sursatları ilə dolu idi. Onlar qorxularından şəxsi əşyalarını atıb getmişdilər. Əsgər vaxtı snayperçi idim, həm atıcı, həm də müşahidəçi olmuşam. Mənə qarşı tərəfi müşahidə etmək tapşırıldı və dərhal düşmənin iki texnikasını aşkar edərək komandirimə bildirdim".

Döyüşçünün sözlərinə görə, o, düşmənin iki snayperçisini də məhv edib, sonra isə yaralı olduğu üçün huşunu itirərək yerə yıxılıb:

"Yanımda iki minaatançımız məlumat verdi ki, qarşı tərəfdə iki snayperçi var və onları zərərsizləşdirmək lazımdır. Dərhal müşahidə apararaq onlardan birini tapdım və məhv etdim, digər snayperçini müşahidə edən zaman isə qarşı tərəfdən güllə yarası aldım və huşumu itirdim. Özümə gəldikdən sonra digər snayperçini də taparaq zərərsizləşdirdim. İkinci dəfə huşumu itirməyim çoxlu qan itirdiyimə görə oldu. Əsgər yoldaşım məni atışma olan ərazidən çıxararaq hərbi avtomobilə mindirdi. O məni xilas edərkən ayaq sümüyü ombasından çıxsa da, məni lazım olan yerə çatdıra bildi".

Əsgər əlavə edib ki, aprel döyüşləri ilə Azərbaycan Ordusu düşmənə sübut etdi ki, yenidən səngərlərdən döyüşə başlamağa, vuruşmağa və qələbə qazanmağa qadirdir.

Aprel döyüşlərinin iştirakçısı: "Yaralı idim, ancaq düşməni məhv etdim - FOTO"
Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR