17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan düşmənin raket kompleksini necə vurub? - Şok məqamlar ortaya çıxdı...
Ötən gün cəbhənin Füzuli-Xocavənd istiqamətində düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni tərəfi isə Azərbaycanın məhv etdiyi Ermənistan ordusuna məxsus “OSA” zenit-raket kompleksi barədə açıqlama yayıblar. Bildirilib ki, erməni separatçıları hərbi texnikanın idarə olunan raket qurğusu “Spike” vasitəsilə vurulub. Ermənilər insan itkisinin olmadığını iddia edirlər.
Bu barədə mətbuata açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, Azərbaycan Silahlı Qüvvələrin inventarında İsrail istehsalı olan “Spike” tank əleyhinə raket kompleksi mövcuddur:
“Azərbaycan Silahlı Qüvvələri keçən ilin aprel ayında baş verən döyüşlərdə də bu raket kompleksindən istifadə edib. Düşmənin 30-dan artıq tankı və zirehli texnikası həmin raket kompleksi ilə məhv edilib. Yəni, Azərbaycan Silahlı Qüvvələrində “Spike”dən istifadə artıq mövcuddur və real döyüş şəraitində həmin döyüş kompleksi istifadə olunur. Qaldı ki, ötən gün cəbhə xəttində baş verənlərlə bağlı, Müdafiə Nazirliyi hədəfin hansı raket kompleksi ilə vurulduğu haqda açıqlama verməyib. Amma hesab edirik ki, yayılan bu informasiya reallığı əks etdirir. Çünki göstərilən məsafədə (hədəflə 9 km uzaqlıqda) “Spike”nin hədəfi vurma nəticəsi çox yüksəkdir. Azərbaycan Silahlı Qüvvələri ermənilərə bir daha göstərdilər ki, Azərbaycan tərəfini narahat edən istənilən hərbi vasitə düşmənin öz mövqelərində belə məhv ediləcək”.