17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazir açıqladı: Aprel döyüşləri ilə bağlı ŞOK FAKT - Sən demə, ermənilər Mingəçeviri...
Müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin iclasında aprel döyüşlərində ermənilərin əsas hədəfləri barəsində danışıb. Nazir qeyd edib ki, əslində, aprel müharibəsi onlarla tankdan ibarət erməni qoşun birləşmələrinin hücum edərək Yevlax - Mingəçevir istiqamətinə çıxmaq istəyi ilə başladı. Azərbaycan peyk nəzarəti vasitəsi ilə bunu müəyyən etdi və erməni mətbuatının “kamikadze” adlandırdığ pilotsuz uçuş aparatları ilə düşmən hərbi dəstəsini məhv etdi. Nəticədə, 15-dən artıq erməni tankı yararsız hala düşdü.
Bununla bağlı mətbuata açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, ermənilərin əlində olan peyk uçuş aparatlarının həmin məsafəni qət edərək Mingəçevirə gəlməsi inandırıcı deyil:
“Qarabağın şimal hissəsi olan Gəncə, Mingəçevir və Yevlax Azərbaycanın əsas mövqelərdir. Düşmən istəyər ki, döyüşdüyü ölkənin iri iqtisadi və hərbi əhəmiyyət kəsb edən şəhərlərini məhv etsin. Amma inanmıram ki, ermənilər aprel döyüşlərində həmin şəhərlərə hər hansı bir raket zərbəsi endirmək niyyətində olublar. Çünki ordumuzun buna cavabı çox ağır və dağıdıcı ola bilərdi"
Emtv.az