SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sabahdan cəbhədə ağır döyüşlər başlaya bilər - Sensasion açıqlama

31-03-2017, 10:22 | Oxunub: 6 358 |

Sabahdan cəbhədə ağır döyüşlər başlaya bilər - Sensasion açıqlama
Yerli birləşmə və hərbi hissə komandirləri lazım olan göstərişləri alıblar.

Ölkəmiz üçün önəm kəsb edən günlərdə cəbhə bölgəsində vəziyyət adi günlərlə müqayisədə daha da gərginləşir. Sabah 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Bununla bağlı cəbhə bölgəsində ermənilərin hansısa təxribatı gözlənilirmi?

Emtv.az-ın məlumatına görə, mövzu ilə bağlı mətbuata açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, cəbhə bölgəsində gərginlik aprelin 2-si də daxil olmaqla, artan xətt üzrə gedəcək:

“Aprel ayında Ermənistanda parlament seçkiləridir. Serj Sarkisyanın taleyi həll olunur. Belə bir vəziyyətdə Sarkisyan öz tərafdarlarının sayını artırmaq üçün nəticə əldə etmək istəyəcək. Nəticə əldə etməyin də ən yaxşı yolu cəbhə bölgəsində hansısa Azərbaycan əsgərinin qətlə yetirilməsidir. Yaxud da ki, digər ağır silahlar vasitəsilə hər hansı bir təxribatın törədilməsidir. Ona görə də, həm martın 31-i, həm də aprelin 2-si də daxil olmaqla, aprel ayı ərazində Azərbaycan Silahlı Qüvvələri son dərəcə ehtiyyatlı və diqqətli olmalıdır”.

Ekspert vurğuladı ki, Serj Sarkisyan ötən ilin aprelində itirdiyi əraziləri qaytarmaq barədə söz versə də, sözünü yerinə yetirə bilmədi:“Sarkisyan istər-istəməz əsəbidir. Həm daxildə tərəfdarları ilə arasında olan gərginlik, tərəfdarlarının bəzilərinin onun hakimiyyətdən getməsi ilə bağlı səsləndirdiyi fikirlər və digərləri onu deməyə əsas verir ki, cəbhə bölgəsində istənilən an gərginliyin yaşanması mümkündür. Azərbaycan Müdafiə Nazirliyi bunu bilir. Yerli birləşmə və hərbi hissə komandirləri lazım olan göstərişləri alıblar. Onlar hadisələrin istənilən inkişafına hazırdırlar.Ermənistanın müdafiə naziri "Ginnesin Rekordlar Kitabı"na düşmüş əsgərinin dəfn mərasimində iştirak edib. O, vəziyyətin ciddiliyini nəzərə alaraq gedib. Yeni müdafiə naziri çox nadir hallarda belə tədbirlərə qatılır. Prezident narahat olduğu üçün yeni müdafiə nazirini həmin əsgərin dəfninə göndərib. Nazir orada çıxışı zamanı bildirib ki, guya Azərbaycan tərəfi cəzalandırılacaq. Amma Azərbaycanın heç bir narahatçılığı yoxdur. Bizim əsgərlər ayıq-sayıqdırlar. Onlar vəziyyətin ciddiliyini başa düşürlər. Bu səbəblə, düşmən tərəfindən lazım olan istənilən addımı cavablandırmağa hazırdırlar”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR