SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Erməni həyasızlığı: Avropa Məhkəməsi aprel müharibəsinə görə Azərbaycanı günahlandırmaq istəyir - 23 iddia qəbul edilib

29-03-2017, 10:42 | Oxunub: 7 865 |

Erməni həyasızlığı: Avropa Məhkəməsi aprel müharibəsinə görə Azərbaycanı günahlandırmaq istəyir - 23 iddia qəbul edilib
Avropa İnsan Haqları Məhkəməsi dörd günlük aprel müharibəsinə görə Ermənistanın Azərbaycana qarşı (?!-C.T.) qaldırdığı 23 iddianı qəbul edib. Emtv.az bununla bağlı erməni mediasına istinadən xəbər verir. Dağlıq Qarabağdakı separatçı qurumun oyuncaq “baş naziri”nin “mətbuat katibi” Artak Beqlaryanın Twitter-də yazdıqlarına istinad edən erməni mətbuatı qeyd edir ki, iddia ərizəsində həyasızcasına bildirilib ki, 2016-cı ilin 2-5 aprel döyüşləri zamanı Azərbaycan Qarabağdakı hərbçilərin və mülki vətəndaşların insan hüquqlarını pozub. Artıq siyasiləşmiş və sifarişli qərarlar qəbul edən Avropa Məhkəməsi də Azərbaycanın işğal altındakı ərazilərdə törədilən cinayətləri bir kənara qoyaraq ermənilərin iddialarını qəbul edib.

Bundan əvvəl Ermənistanın Avropa Məhkəməsindəki nümayəndəsi, Ermənistan prezidentinin məsləhətçisi Gevorq Kostanyan demişdi ki, aprel müharibəsinə görə Avropa Məhkəməsinə Azərbaycana qarşı 700-dən artıq şikayət göndərilib. Onun iddiasına görə, Azərbaycandan bu quruma ünvanlanan 500 iddiadan ancaq 5-i qəbul olunub.

Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov isə ötən ay parlamentdə keçirilən müzakirələrdə demişdi ki, aprel hadisələri ilə bağlı Azərbaycandan Avropa Məhkəməsinə 700-dən artıq şikayət ərizəsi göndərilib: “Bu ərizələrdə Ermənistan tərəfindən insan hüquqlarının pozulması faktları əks olunub”. Ancaq Ç.Əsgərov beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Məhkəməsində də Azərbaycana qarşı ikili standartların mövcudluğunu təsdiqləmişdi. “Ermənilər aprel döyüşləri zamanı guya “azərbaycanlılar tərəfindən” öldürülən 3 nəfərlə bağlı Avropa Məhkəməsinə şikayət ünvanlamışdı. Artıq bu şikayət üzrə kommunikasiya başlanılıb, icraata start verilib. Amma bizim tərəfimizdən hazırlanmış şikayətlərə hələ ki, baxılmayıb. Həmin hadisələr zamanı 6 nəfər dinc sakin həlak olmuşdu, 20-yə yaxın şəxs yaralanmışdı. Lakin Avropa Məhkəməsi bununla bağlı şikayətlərin baxılmasına başlamayıb”.

Ermənilərin iddiasından belə aydın olur ki, ötən bir ay ərzində Avropa Məhkəməsi ermənilərin əsassız iddialarının daha bir neçəsini qəbul edib.

Emtv.az/Aysu Əliyeva

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR