17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb
Avropa Azərbaycanlıları Konqresi (AAK) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb.
"EMTV.az" xəbər veriri ki Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Konqres dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırıb.
Müraciətdə Qarabağdan didərgin düşmüş insanların taleyi və vətəndə yaşamaq hüquqlarından məhrum olmuş ailələrin aqibəti barədə məlumat verilir, Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal olunması, BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələr xatırladılır. Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini köçkün düşmüş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasına biganə qalmamağa səsləyib.
Sənəddə qeyd edilir ki, bu gün Avropanın minlərlə qaçqının taleyi ilə məşğul olması, evlərini itirmiş insanlara yardım haqqında müzakirələr aparılması AAK tərəfindən müsbət dəyərləndirilsə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə laqeyd yanaşılması yolverilməzdir. Həmçinin vurğulanır ki, qaçqınların sayının artması Avropa ölkələrini sözün əsl mənasında qorxu və təlaşa salır, lakin Azərbaycan artıq 20 ildən çoxdur bu problemlə qarşı-qarşıya qalıb.