18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda avtomobil piyadaları vurdu, sonra avtobusa çırpıldı: ölən və yaralananlar var
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, qəza bir neçə dəqiqə əvvəl Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.
Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.
Səhiyyə Nazirliyindən yerli mətbuata verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Aynurə Kərimli
Emtv.az