17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı – Xəsarət alanlar var
Paytaxtda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.
“Report”un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən “8-ci kilometr” bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qəzaya uğrayıb.
Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.
Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğazını və əlini kəsib.
Hadisə yerinə təcili yardım maşını gəlib.
Emtv.az