18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı-Ələt yolunda "Mercedes" aşdı, bir ailənin 4 üzvü xəsarət aldı
"Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və torpaq yolda sürəti yığa bilməyən sürücü maşını aşırıb.
Qəzada xəsarət alanlar təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Xəstəxanadan yerli mətbuata verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvüdür. Onlardan 3-ü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.
Xəsarət alanların hamısı Ağcabədi rayon sakinidir.
Aynurə Kərimli
Emtv.az