18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bacısını evdə yad kişi ilə tutdu, ikisini də öldürdü - Göygöldə qanlı cinayət
İki nəfəri qətlə yetirməkdə təqsirli bilinən Tağıyev Vüsal Tağı oğlunun cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, məhkəmə baxış iclası aprel ayının 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə 2018-ci ilin avqust ayında Göygöl şəhərində Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib. Gəncədə yaşayan 1989-cu il təvəllüdlü Tağıyev Vüsal Tağı oğlu sözügedən ünvanda yaşayan 1992-ci il təvəllüdlü bacısı Tağıyeva Vüsalə Tağı qızını və onunla bir evdə olan Goranboy rayon Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Nurlan Saləddin oğlunu bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İlkin məlumata görə, Vüsalə Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın Nurlan Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib.
Nəzrin Abbaszadə
Emtv.az