18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ucarda dəhşət: kişi arvadını öldürdü, qayınanasını yaraladı
Ucar rayonunda qətl hadisəsi baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və qayınanası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib.
Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, qayınanası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib.
Hadisəni törədən A.Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır
Nəzrin Abbaszadə
Emtv.az