17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Zaur Darğallı Gürcüstanda mer vəzifəsinə namizəddir
“Gürcü Arzusu” Partiyasının katibi İrakli Qaribaşvili icra başçısı vəzifəsinə aralıq seçkilərdə iştirak edəcək namizədləri açıqlayıb.
Emtv.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, azərbaycanlıların sıx yaşadığı Marnueli meri vəzifəsinə Zaur Darğallını namizəd göstərib.
Qaribaşvili bildirib ki, o, Kvemo Kartli qubernatorunun sədr müavinidir və etnik azərbaycanlı, vətənimizin layiqli oğludur.
Xatırladaq ki, bundan əvvəl, Marnueli şəhər meri, “Gürcü Arzusu” partiyasının üzvü, əslən azərbaycanlı Temur Abazov istefa vermişdi.
Buna səbəb mitinqdə Abazovu təhqir edən Marnueli sakininin döyülməsi ilə bağlı qalmaqal olub.
Nəzrin Abbaszadə
Emtv.az