18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YENİ BAŞ NAZİRİN ADI PREZİDENTƏ TƏQDİM EDİLDİ

Gürcüstan parlamenti hazırda Baş nazirin müavini və xarici işlər naziri vəzifələrini icra edən Georgi Kvirikaşvilinin bu ölkənin Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib.
"EMTV.az" xəbər verir ki, bu barədə qərar hakim “Gürcü arzusu” Partiyasının parlamentdə yaratdığı koalisiyaya daxil olan çoxluğun dekabrın 25-də keçirilmiş iclasında qəbul olunub. Baş nazir vəzifəsinə dörd nəfərin namizədliyi irəli sürülsə də, sonda G.Kvirikaşvilinin namizədliyi qəbul olunub.
Müzakirələrdə sabiq Baş nazir İrakli Qaribaşvili də iştirak edib.
Konstitusiyaya uyğun olaraq parlament öz namizədini Prezidentə təqdim edib. Ölkə başçısı G.Kvirikaşvilinin namizədliyinə razılıq verməli və yeni hökumətin qurulmasını ona həvalə etməlidir. Bundan sonra yeni Baş nazir qısa müddətdə hökumətin yeni tərkibini və öz proqramını parlamentə təqdim edəcək. Parlamentdə yeni tərkib və proqram təsdiq olunduqdan sonra yeni hökumət tam tərkibdə fəaliyyətə başlayacaq.
Bütün bu proseslərin dekabrın sonlarınadək başa çatdırılması nəzərdə tutulub.
İclasdan sonra G.Kvirikaşvili jurnalistlərə bildirib ki, o, bu vəzifənin öhdəsindən gəlməyə çalışacaq. Kvirikaşvili hökumətin yeni tərkibinin yaxın günlərdə məlum olacağını bildirib və tərkibdə yeni kadrların yer alacağını istisna etməyib.