SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər - FOTO

22-02-2019, 14:07 | Oxunub: 11 166 |

Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər - FOTO

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası azərbaycanlıların yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə layiqli namizəd irəli sürəcək.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında hakim partiyanın Marneulidən olan deputatı Ruslan Hacıyev bildirib.

Namizədin azərbaycanlı olub-olmayacağına gəlincə, deputat deyib ki, hakim komanda Marneulidə azərbaycanlıların çoxluq təşkil etdiyini nəzərə alacaq: "Gürcüstanın müstəqillik tarixində ilk dəfə olaraq məhz Gürcü Arzusu Partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürmüşdü. Düşünürəm ki, bu tendensiya davam edə bilər. Bu vəzifəyə namizədin təqdim olunması məsələsində Marneuli ictimaiyyətinin fikri mütləq nəzərə alınacaq".

Qeyd edək ki, Marneuli rayonunun sabiq başçısı Temur Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabr ayının 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. Marneulidə icra başçısı seçkiləri bu ilin may ayında keçiriləcək.
Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər - FOTO
Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR