SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı

25-03-2019, 14:43 | Oxunub: 10 896 |

Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 14 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Emtv.az xəbər verir ki,Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən yerli mətbuata bildirilib ki, İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Kia Optima" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda - ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A6", 1 ədəd "Samsung Galaxy A9", 1 ədəd "Samsung Galaxy J4+", 1 ədəd "Samsung Galaxy J6+", 1 ədəd "Samsung Galaxy J1 ace" və 1 ədəd "Huawei Y6" markalı, ümumilikdə 6 ədəd mobil telefon aşkarlanıb.

Digər bir məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "QAZ 31105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda gömrük orqanına bəyan olunmayan 2 ədəd "Samsung Galaxy J2 Prime", 3 ədəd "Xiomi Redmi 6" və 3 ədəd "Xiomi Redmi 6A" markalar olmaqla, ümumilikdə 8 mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR