18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ölkəyə qanunsuz yolla 240 mobil telefon keçirmək istədilər
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Jalə Alməmmədovanın idarə etdiyi “Toyoto Prado” markalı avtomobil saxlanılıb.
Emtv.az xəbər verir ki, DGK-dan verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə, J.Alməmmədova üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı “Toyoto Prado” markalı avtomobilin ön tarpedasının içindən və yük yerinin qapısının örtüyünün altından 20 ədəd üzərində “X-inova 360” yazısı olan, 24 ədəd üzərində “X-inova T210” yazısı olan, beş ədəd üzərində “X-inova 216” yazısı olan, 23 ədəd üzərində “ETEL-E6” yazısı olan, 21 ədəd üzərində “D-Horse” yazısı olan, 20 ədəd üzərində “Kgtel” yazısı olan, doqquz ədəd üzərində “odscn “X2-O2” yazısı olan, 15 ədəd üzərində “Etel-e1” yazısı olan, 15 ədəd üzərində “Rivoco-V6” yazısı olan, 15 ədəd üzərində “Rise-D600” yazısı olan, 15 ədəd üzərində “Rise-T10” yazısı olan, dörd ədəd üzərində “Kibosun” yazısı olan, 15 ədəd üzərində “B-oker” yazısı olan, dörd ədəd üzərində “odscn 6700”yazısı olan, altı ədəd üzərində “Kgtel-K349” yazısı olan, 21 ədəd üzərində “X-inova 1207T” yazısı olan, bir ədəd üzərində “ETEL-E10” yazısı olan, altı ədəd üzərində “X-PO-X6” yazısı olan, bir ədəd üzərində “kufly-k 2000” yazısı olan, ümumilikdə 240 ədəd mobil telefon və iki ədəd telefon qutusu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İsmayil İsmayilov
Emtv.az