18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Mobil telefonların gizli keçirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən və gizli keçirilməsi cəhdinin qarşısını alıb.
Emtv.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatı ilə yoxlanılıb. Yoxlama zamanı, monitorda mobil telefonların təsviri göründüyü üçün həmin şəxs saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.
Təkrar yoxlama nəticəsində, vətəndaşın bel çantasının içərisindəki şəxsi əşyaların arasında 4 ədəd “İphone 5S” markalı və 4 ədəd “İphone 6” markalı mobil telefon aşkar edilib.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın əynindəki köynəyin sağ və sol qol nahiyələrinin hər birinin altında 1 ədəd və bel nahiyəsində köynəyin altında 2 ədəd “İphone 5S” markalı, gödəkçənin ciblərində isə 6 ədəd “İphone 5S” və 11 ədəd “İphone 6” markalı mobil telefon aşkar olunub.
Beləliklə, vətəndaşın əl yükündə və üzərində, ümumilikdə 29 ədəd mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Emtv.az