17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gömrükçülər külli miqdarda dolların ölkədən qanunsuz çıxarılmasının qarşısını alıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin əl çantası rentgen aparatından keçirilərkən çantada pul əsginaslarının olması barədə şübhə yaranıb. Vətəndaş saxlanılaraq, həm əl çantasında, həm də üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.
Təkrar yoxlama zamanı əl çantasındakı ayaqqabının içində falqaya bükülmüş 100 ədəd - hər biri 100 dollar nominalında pul əsginasları olmaqla, cəmi 10 min dollar aşkar edilib. Çantada olan kofe paketinin içində isə kofe dənəciklərinin arasında falqaya bükülmüş 400 ədəd - hər biri 100 dollar nominalında pul əsginasları olmaqla, cəmi 40 min dollar aşkar olunub.
Şəxsi yoxlama zamanı isə vətəndaşın şalvarının cibində 13 ədəd - hər biri 100 dollar, 2 ədəd - hər biri 50 dollar, 2 ədəd - hər biri 20 dollar nominalında pul əsginasları olmaqla, cəmi 1 440 dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Emtv.az