18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kərbəladan qayıdan 2 nəfər gömrük işçilərini aldatmaq istədi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn BA999KU dövlət nömrə nişanlı "Mercedes Benz" və 90 CD 920 dövlət nömrə nişanlı "SETRA S215 HD" markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları - Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd "Samsung" markalı mobil telefon, 22 ədəd "Samsung" markalı mobil telefon üçün qulaqlıq, 18 ədəd üzərində "Samsung" yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd "USB" kabeli və mobil telefon üçün 72 ədəd aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib.
F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4200 ədəd "Cavallo" adlı siqaretlər aşkarlanıb.
İsmayil İsmayilov
Emtv.az
Paylaş: