18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı gecəsi “qan çanağı”na döndü: 3 bıçaqlanma
Gecə saatlarında paytaxtın Nəsimi rayonu, Xətai küçəsi 10-da bıçaqlanma hadisəsi baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,1967-ci il təvəllüdlü Fərəcov Mayıl Çingiz oğlu şəxsiyyəti hələlik məlum olmayan qohumu tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona sağ kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.
Analoji hadisə paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı 2 ünvanında baş verib.
1995-ci il təvəllüdlü Mirbalazadə Mirağa Mirbala oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Təcili 1 saylı Şəhər Klinik Mərkəzə yerləşdirilib. Ona, döş qəfəsinin deşilmiş kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırkı vəziyyəti orta ağırdır.
Gecənin üçüncü bıçaqlanma hadisəsi isə Müşfiq qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Ağayev Rəşid Fərman oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.
Qeyd edək ki, Ağayev Rəşid taksi sürücüsü kimi fəaliyyət göstərir. Onu bıçaqlayan şəxs də sərnişini olub.
Hər üç hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Nəzrin Abbaszadə
Emtv.az