18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda iki nəfər özünü bıçaqladı
Gecə saatlarında Bakının Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində özünəqəsd hadisəsi baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Asəf oğlu özünə bıçaqla çoxsaylı xəsarət yetirib.
Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona birinci və ikinci qabırğanın, qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.
Analoji hadisə Bakının Pirşağı kəndində Həsən Əliyev küçəsində baş verib. 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyata alınıb. Vəziyyəti orta-ağırdır.
Hər iki hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Nəzrin Abbaszadə
Emtv.az