18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda qardaş bacının qanını tökdü - Son zamanlar qarabasmalar görürdü, qəribə davranırdı
Gecə saatlarında paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Nağıyeva Xatirə Xeyrulla qızı yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb.
Yaralı üç bıçaq zərbəsi alıb. X.Nağıyeva Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.
O.Nağıyevin yaxınlarının dediyinə görə o, son bir həftədir səhhətində ciddi problemlər yaşayıb.
Qarabasmalar, qorxu, fərqli davranışlar görsələr də, onunla bağlı aidiyyəti orqana müraciət olunmayıb.
Faktla bağlı Xətai rayon 35-ci polis bölməsində araşdırma aparılır.
Daha bir bıçaqlanma hadisəsi Ramana qəsəbəsi, Zərdabi küçəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Hüseynov İlham Şahəddin oğlu naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanıb.
İ.Hüseynov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az