18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Kişinin kişi ilə sevgili olduğunu görə-görə, bilə-bilə ..." - Könüldən SƏRT AÇIQLAMA
Aktrisa-aparıcı Könül Yusif qızı cəmiyyətin qadınlara münasibətindən narahatdır.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, aktrisa insanların gənc qadınların, qızların geyiminə, saçının rənginə görə adlarına müxtəlif şayiələr yaymasından gileylənib.
Könül cəmiyyətin əksər üzvlərini "namus" sözünü yanlış anlamaqda ittiham edib:
"Son zamanlar cəmiyyətin nə qədər qəddar və amansızcasına qadınları, qızları əzməsini, aşağılamasını, təhqir etməsini heç cürə qəbul edə bilmirəm. Saçın saraltdı, qısa geyindi, gec gəldi, azacıq gülümsündü, boşandı, nə bilim daha neçə gülünc bir şeylərə "fahişə" deyib qadınlara damğa vururlar.
Namus, qeyrət, mentalitet deyib, bar-bar bağırıb, amma tanıdı-tanımadı hər kəsə bir vedrə bağlayan, ələxsus da kişiləri isə heç ha, heç anlaya bilmirəm.
Kişinin kişi ilə açıq-aşkar sevgili olduğunu görə-görə, bilə-bilə güldən ağır söz də deyə bilməzsiniz. Belə olan halda namus, qeyrət mentalitet qandalları qadınlaramı qalıb?
Yəni, gedin işinizlə məşğul olun, bir bölük cahil kütlə yığnağı, xalxın işi sizə qalmayıb".
Nəzrin Abbaszadə
Emtv.az